Press "Enter" to skip to content

“Media Ordubadda”

Layihə iştirakçılarının xatirə fotosu

Son yeniləmə: 27 Fevral 2024 13:18

BAYRAQDAR MEDİA – “Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il 21 fevral tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb”.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən məlumat verilib.

Püşkatma zamanı
Püşkatma zamanı

Bildirilib ki, “Sərəncamda da qeyd olunduğu kimi: “Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir”.

O da qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə icrasına başlanılan “Media Ordubadda” layihəsi şəhərdə olan abidələri, şəhərin tarixini, mədəniyyətini, adət-ənənələrini təbliğ etmək, sosial şəbəkələrdə daha geniş arenaya çatdırmaq məqsədilə reallaşdırılır: “Layihəyə uyğun olaraq ilboyu Ordubad şəhərinə jurnalistlərin, blogerlərin səfəri nəzərdə tutulub.

Qeyd edək ki, ilk səfərdə Azərbaycan televiziyası, Naxçıvan televiziyası, “Şərq qapısı” qəzeti, Baku tv, Apa, Report, Nuhçıxan, Naxçıvan xəbərləri media qurumlarının əməkdaşları və sosial media fəalları iştirak edib”.
Məlumata əsasən, layihəyə püşkatma ilə başlayıb: “Püşkatmada Ordubadın meydan və küçələri, tarixi-memarlıq abidələri, adət-ənənələri, mətbəxi, insanları və başqa mövzular yer alıb. Həmin mövzular üzrə hazırlanan reportajlar, mətnlər və videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq. Paylaşımlarda #mediaordubadda haştağından da istifadə olunur”.

Mission News Theme by Compete Themes.