Denizli öz ənənəsinı sadiq qalıb
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsi hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalıb. Belə ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Denizlidə anım mərasimi keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bələdiyyədən məlumat verilib.
Bildirilib ki, “bələdiyyənin əməkdaşları, lisey şagirdləri və ictimaiyyətin nümayəndələrinin iştirak edib. şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.etdiyi mərasim Denizlidəki Azərbaycan Qarabağ Parkında ucaldılan Xocalı Soyqırımı Anıtı önündə keçirilib. Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan tərəfindən Xocalı Soyqırımı Anıtı önünə əklil qoyulduqdan sonra faciə qurbanlaırnın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Denizli Böyükşəhər Bələdiyyəsinin orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Lütfi Ege Anadolu Liseyi şagirdi Cevdet Şahin tərəfindən Xocalı soyqırımından bəhs edən şeir oxunduqdan sonra O.Zolan çıxış edib”.
Məlumata görə, Bələdiyyə sədri çıxışında 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımı haqqında ətraflı məlumat verib. Çıxışında o, ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətləri qətiyyətlə pisləyib. O.Zolan Xocalı soyqırımını heç vaxt unutmayacaqlarını və bu şüurla mübarizə apardıqlarını vurğulayıb: “Xocalıdakı qanlı hadisələri heç vaxt unutmayacağıq. Biz bir olmalıyıq. Türkiyə və Azərbaycan bir yerdə olsa, heç kim bizə zərər verə bilməz”.
Bələdiyyə sədri ermənilərin qanlı cinayətlərinə lazımi reaksiya verməyən dünya ictimaiyyətini tənqid edib.
Məlumata əsasən, Bələdiyyə sədri çıxışında ötən il dünyasını dəyişən azərbaycanlı millət vəkili Qənirə Paşayevanın xatirəsini də yad edib: “Xocalı soyqırımı unudulmasın deyə burada abidə ucaltdıq. Bizi soyqırımda ittiham edənlər əslində özləri soyqırımı törədiblər. Geriyə dönüb baxanda əcdadlarımız heç bir soyqırım, insanlığa qarşı cinayət, insan hüquqlarının pozulması halları törətməyiblər. Bununla belə, bizə qarşı soyqırım cəhdləri çox olub”.
Çıxışlardan sonra Bələdiyyə sədri O.Zolan və iştirakçılar abidə önünə gül dəstələri qoyublar.