Press "Enter" to skip to content

Tarixin insanlığa qarşı işlənən ən ağır cinayətlərindən biri

Tədbir zamanı

Son yeniləmə: 26 Fevral 2024 12:00

Eskişehirdə Xocalı soyqırımının 32-ci iıdönümü ilə əlaqədar anım mərasimi keçirilib

BAYRAQDAR MEDİA – Fevralın 24-də Eskişehirdə Xocalı soyqırımının 32-ci iıdönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə keçirilib.

Fidan Hüseynli
Fidan Hüseynli

Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görö, tədbirin açılışında şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, həmçinin Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Sonra aparıcı Fidan Hüseynli Xocalıyla bağlı şeir səsləndirib.

Sirac Yaquboğlu: Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir

Məlumata görə, Xocalı soyqırımından bəhs edən videoçarxın nümayişindən sonra Dərnəyin sədr müavini Sirac Yaquboğlu çıxış edib.

Sirac Yaquboğlu
Sirac Yaquboğlu

O, çıxışında bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir: “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 32 il ötür. Bu qətliam zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı işlənən tarixin ən ağır cinayətlərindən biridir”.

Sədr müavini, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı Zəfər barəsində danışıb: “Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan ərazilər azadlığa qovuşub. Bununla da, eyni zamanda, şəhidlərimizin qisası alınıb”.

Prof. Dr. Gökhan Güneysu: Xocalı qətliamı bütün dünya tərəfindən soyqırımı kimi tanınmalıdır

Məlumatda deyilir ki, daha sonra Prof.Dr. Gökhan Güneysu çıxış edib: “O, çıxışında soyqırımı cinayəti və Xocalı soyqırımının beynəlxalq hüquqda əhəmiyyətindən danışıb”.

Prof. Dr. Gökhan Güneysu
Prof. Dr. Gökhan Güneysu

Natiq qeyd edib ki, dünya tarixində belə qanlı qırğınlara nadir hallarda rast gəlinir: “Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalıda ermənilər bir gecədə bütün şəhəri yerlə-yeksan edib, əhaliyə qarşı kütləvi qırğın törədiblər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Srebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Ona görə də, Xocalı qətliamı bütün dünya tərəfindən soyqırımı kimi tanınmalıdır”.

Cavid Aydın: Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır

Bildirilib ki, “tədbir Dərnək Sədri Uzm. Ecz. Cavid Aydının plaket təqdimatı və çıxışı ilə sona çatıb. C.Aydın Xocalı soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildiyini vurğulayıb. O, bu gün soyqırımla bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Həmçinin qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır”.

Cavid Aydın
Cavid Aydın

C.Aydın çıxışında onu da bildiri ki, erməni vandalları tərəfindən xalqlarımıza və ölkələrimizə qarşı həyata keçirilən bütün cinayətlərin böyük bir hissəsinin izləri müasir dünyanın gözü qarşısında Ikinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə üzə çıxır: “Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb”.

Mission News Theme by Compete Themes.