Press "Enter" to skip to content

İlham Əliyev qardaş ölkənin rəhbərinə zəng edib

Recep Tayyip Erdoğan və İlham Əliyev təkbətək görüşdə

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev fevralın 26-da qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğana zəng edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, İlham Əliyev Recep Tayyip Erdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Qardaş ölkənin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Cümhurbaşqanı R.T.Erdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinə və xalqına başsağlığı verib. İlham Əliyev başsağlığına görə minnətdarlığını ifadə edib.

“Söhbət zamanı İlham Əliyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin önəmi bir daha qeyd edilərək, bu səfərin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Dövlət başçıları Şuşa Bəyannaməsinin əhəmiyyətinə bir daha toxunaraq, bu Bəyannamənin uğurla həyata keçirilməsindən məmnunluqlarını bildiriblər”, – deyə xəbərdə bildirilir.

O da bildirilir ki, ölkə başçıları Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.