Press "Enter" to skip to content

Bilecikdeki universitet laboratoriyasında insan sağlamlığı üçün mikroplastik analizlər

Dos. Dr. Rafiq Qurbanov

Son yeniləmə: 26 Fevral 2024 16:11

Dos. Dr. Rafiq Qurbanov: Məqsədimiz mikroplastikləri və onların ətraf mühitin sağlamlığına zərərini öyrənən tədqiqatçılara dəstək olmaq, həmçinin şirkətlərin məhsullarının təhlillərini maraqlı tərəflərimizə təqdim etməkdir

BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Üniversiteti (BŞEÜ) Merkezi Araştırma Laboratuvarı Uygulama ve Araştırma Merkezi (BARUM) insan sağlamlığına mənfi təsir göstərən, qida və tənəffüs yolu ilə bəzi xəstəliklərə səbəb olan mikroplastikləri təhlil edərək şirkətlərə, universitetlərə və tədqiqatçılara yol göstərir.

Bu barədə Anadolu Ajansı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, BARUM 5 millimetrdən kiçik olan və əsasən neftdən əldə edilən və suda həll olmayan hamar formalı və ya amorf polimer hissəciklər kimi müəyyən edilən mikroplastiklərin aşkar edilməsində mühüm rol oynayır.

Mərkəzin əməkdaşları bir arada
Mərkəzin əməkdaşları bir arada

Bildirilib ki, “universitet daxilində müxtəlif sektorlardakı şirkətlərə xidmət göstərən və 1 menecer, müdir müavini və 5 mütəxəssis olmaqla 9 nəfərin çalışdığı mərkəzdə hər növ məhsul və materialların mikroplastik tərkib analizləri laboratoriya mühitində “piroliz qazı xromatoqrafiyası – kütləvi spektrometriya” üsulu ilə analizləri aparılır. İndiyə qədər 13 mikroplastik növünün ölçülməsi üçün yeni üsulların istehsal edildiyi və əldə edilən nəticələrə uyğun olaraq “Mikroplastik Analiz Kitabxanası” yaradılan laboratoriyada, universitetlər və tədqiqatçılara AR-GE işlərinə məsləhətlər verməklə əlavə dəyər yaratmaq hədəflənir”.

Bu məqamda qeyd edək ki, BARUM direktoru həmyerlimiz, Dos. Dr. Rafiq Qurbanovdur.

O, AA-nın müxbirinə bildirib ki, dünyada plastik dövr yaşayır.

2050-ci ildə okeanlarda və dənizlərdə mikroplastiklərin balıqdan daha çox olacağının proqnozlaşdırıldığını bildirən R.Qurbanov sözlərinə belə davam edib: “Mikroplastiklər plastik tullantıların parçalanması nəticəsində havada, dənizdə və quruda tapılan və qida zəncirinə keçən çirkləndiricilərdir. Araşdırmalar onların insan və ətraf mühitin sağlamlığına ciddi ziyan vurduğunu göstərib. Mikroplastiklərin yüzlərlə növü var. Mərkəzimizdə ən çox yayılmış 13 mikroplastiği təhlil edirik. Yaxın aylarda bu əhatə dairəsini genişləndirməyi planlaşdırırıq. Məqsədimiz mikroplastikləri və onların ətraf mühitə zərərlərini araşdıran tədqiqatçılara dəstək olmaq və şirkətlərin istehsal etdiyi məhsulların analizlərini maraqlı tərəflərimizə təqdim etməkdir”.

Mission News Theme by Compete Themes.