Son yeniləmə: 23 Fevral 2024 17:58
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu, “Türkiyənin gücü həm də Kıbırs türklərinin gücüdür”deyib.
Bu barədə KKTC Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarından paylaşım edilib.
Məlumata görə, nazir Türkiyənin milli döyüş təyyarəsi “Kaan”ın ilk uçuşunu uğurla başa vurması münasibətilə mesaj yayımlayıb: “Ana vətənimiz Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın ilk uçuşunu uğurla başa vurması bizi qürurlandırdı. Mustafa Kemal Atatürkün “Gələcək səmalardadır” devizi ilə başladığı və Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qətiyyəti ilə davam etdirilən fəaliyyət nəticəsində Türkiyə aviasiya və müdafiə sənayesində əldə edilən bu tarixi uğur Türk Əsrinin qürurudur. Türkiyənin gücü həm də Kıbrıs türklərinin gücüdür”.