Press "Enter" to skip to content

Prezident İlham Əliyevin çıxışı bir mesaj oldu

Dr.Yücel Karauz

Son yeniləmə: 23 Fevral 2024 21:28

Dr. Yücel Karauz: Azərbaycan bundan sonrakı dönəmdə də ordu quruculuğunu ön sırada tutacaq

BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında ordu quruculuğu ilə bağlı səsləndirdiyi fikirlər çox önəmlidir. Çünki müasir dünyanın əsas tələbi bir ölkənin bütün sahələrdə güclü olmasıdır. Yəni əgər güclü bir dövlətiniz, güclü ordunuz, gülcü milli birliyiniz yoxdursa ayaqda dura, dövlətinizin suverenliyini qoruya bilməzsiniz”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Onun sözlə6rinə görə, bu tələb Azərbaycan üçün də, Türkiyə üçün də eynidir: “Bundan irəli gələrək gələcəyini düşünən hər bir ölkə ordu quruculuğunu dövrün tələbinə uyğun, dinamik şəkildə davam etdirməlidir. Bu quruculuq isə bütün sahələr üzrə, yəni həm təhsil, həm müasir hərbi texnika ilə təminat, həm də davamlı təlimlərlə davam etməlidir”.

Dr.Y.Karauz deyib ki, cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışında ordu quruculuğu üzərində də xüsusi dayanması və bu prosesin davam etdiriləcəyini deməsi həm də bir mesaj oldu: “Bu mesaj ondan ibarətdir ki, Azərbaycan İlham Əliyevin rəhbərlik etdiyi ötən 20 il ərzində olduğu kimi, bundan sonrakı dönəmdə də ordu quruculuğunu ön sırada tutacaq. Yəni tarixi Zəfərdən həmən sonra başlanan Azərbaycan Ordusunun daha da gücləndirilməsi, yeni birliklərin yaradılması, müasir hərbi texnikanın alınması prosesi davam edəcək”.

Müsahibimiz, həmçinin “Mən bundan öncəki müsahibələrimdə də qeyd etmişdim ki, “Türk ordu modelinə keçid” kimi dəyərləndirilən bu proses, əslində, modern ordu sistemidir. Modern ordu sistemi o deməkdir ki, Azərbaycan ən müasir hərbi texnika və texnologiyaya, çevik Silahlı Qüvvələrə və öz ərazisinə dəqiqliklə bəlli olan, ən yüksək səviyyədə təlim görmüş əsgərlərə, gecə-gündüz, istənilən şəraitdə hərəkət edə bilən hərbi birliklərə malik bir sistem formalaşdırır. Təbii ki, bu Müdafiə Sənayesinin daha da inkişaf etdirilməsində də özünü göstərir və bu zaman Türkiyə-Azərbaycan əməkdaşlığı öz sözünü deyir” deyib.

Mission News Theme by Compete Themes.