Press "Enter" to skip to content

“Onlar bizə əmanət” layihəsi davam edir

“Onlar bizə əmanət” layihəsi indiyədək 118 şəhid övladını əhatə edib

Son yeniləmə: 23 Fevral 2024 10:31

“YAŞAT” Fondu antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanın yeni doğulan övladının zəruri xərclərini qarşılayıb

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, “sentyabrın 19-20-də Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Cahan Xəqani oğlu Qasımovun Bakı şəhərində doğulan övladı Zərifənin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 min manat vəsait onun hesabına yerləşdiriləcək, min manat vəsait isə ananın hesabına köçürüləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür”.
Məlumatda deyilir ki, şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Qeyd edilib ki,, “Onlar bizə əmanət” layihəsi indiyədək 118 şəhid övladını əhatə edib.

Mission News Theme by Compete Themes.