Son yeniləmə: 23 Fevral 2024 13:08
BAYRAQDAR MEDİA – Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, “tədbirdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis mayoru Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik – leytenant Nəbi Nəcəfov, Yasamal rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev, Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, “Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyin Sədri Vidadi Fətullayev, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak ediblər”.
Məlunata görə, məktəbin direktor səlahiyyətlərini icra edən Hüseynova Rəna çıxış edərək tədbirin məqsədindən, Azərbaycnada narkomaniya ilə mübarizədə gorülən tədbirlərdən, gənclərə xüsusi qayğısından danışıb: “Qeyd eddi ki, müasir gənclərimiz “bizim milli-mənəvi dəyərlərimizə sadiq , yad təsirdən uzaq, bilikli, savadlı, vətənpərvər insan” olmalıdırlar”.
Məlumatda deyilir ki, tədbirdə polis mayoru Anar İbrahimov da çıxış edibb. O, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə nümunələr əsasında ətraflı məlumat verib.
Vidadi Fətullayev isə öz çıxışında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Nəbi Nəcəfov öz növbəsində gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürüb, müəllimlərə, məktəblilərə müəyyən tövsiyələr verib.
Sonda qonaqlar məktəb şagirdlərini maraqlandıran sualları cavablandırıblar.