Press "Enter" to skip to content

 Latviya ilə əməkdaşlıq inkişaf edir

Görüş zamanı

Son yeniləmə: 23 Fevral 2024 14:27

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var”.

Məlumata əsasən, görüşdə tərəflər iqtisadi-ticarər əlaqələrinin genişləndirilməsi istiqamətləri, o cümlədən ölkəmizdə istehsal edilən qeyri-neft-qaz məhsullarının ixracı, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, alternativ enerji, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.