BAYRAQDAR MEDİA – Fevralın 21-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Həmid Purvəli fars-molla rejiminin idarə etdiyi İran Məhkəmə-Ədliyyə Hakimiyyətindən elektron bildiriş alaraq izahat vermək üçün 5 gün müddətində Təbriz şəhər İnqilab Prokurorluğuna çağırılıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, bu haqda onun bacısı Aida Purvəli öz Instagram hesabında yazıb: “Beynəlxalq Ana Dili Günündə Həmid Purvəli İran Məhkəmə Sisteminin elektron bildirişi əsasında izahat vermək üçün Prokurorluğun 15-ci şöbəsinə çağırılıb”.
Məlumata görə, bundan öncə milli fəal 2022-ci il iyulun 16-da bir neçə milli fəalla Urmu gölünün qəsdən qurudulmasına etiraz etdiyi üçün həbs edilib, üç gün sonra isə girov qarşılığında zaminə buraxılıb.