Press "Enter" to skip to content

Ermənistan KTMT-də üzvlüyünü dondurub

Nikol Paşinyan

BAYRAQDAR MEDİA – Ermənistan dövləti Rusiyanın qurduğu və öz maraqları üçün istifadə etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü dondurub.

Bunu fevralın 22-də France 24 TV kanalına müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bu mövqeyini üzvü olduqları KTMT-nin Ermənistana gərəkli dəstəyi verməməsi ilə əlaqələndirib.

Jurnalistin, “Ermənistan öz ərazisindən Rusiya qoşunlarını çıxarmağa hazırlaşırmı” sualına da cavab verən Nikol Paşinyan bildirib ki, “hələlik belə bir məsələ gündəlikdə deyil”.

Mission News Theme by Compete Themes.