Son yeniləmə: 23 Fevral 2024 12:43
Turgay Avcının diplomu saxta deyil
BAYRAQDAR MEDİA – KKTC-nin Ali Təhsilin Planlaşdırılması, Nəzarət, Akkreditasiya və Koordinasiya Şurasının (YÖDAK) başqanı Turgay Avcıya qarşı saxta diplom iddiaları Beyrut Amerika Universitetinin sözçüsü tərəfindən təkzib edilib.
Kibris Postası xəbər verir ki, “Cyprus Mail” qəzetinə danışan sözçüsü T.Avcının universiteti əvvəllər istifadə etdiyi “Turgay Salih Zeki” adı ilə bitirdiyini bildirib: “Sözçü T.Avcının 1985-ci ildə universiteti bitirdiyini və elektrik mühəndisi lisenziyası olduğunu açıqlayıb.
Bu arada “Kıbrıs Postası”nın canlı yayımında da qonaq olan T.Avcı ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edərək, adının hallandırılması üçün ümumilikdə 7 məhkəmə iddiası açdığını və məhkəməd doğru qərarın veriləcəyinə inandığını deyib: “Məzun olmasaydım nə xarici işlər naziri, nə dekan, nə də idarəçi işləyə bilməzdim. Edilən ittihamlar əxlaqsızlıqdır. Bu iş indi mənim üçün şərəf məsələsinə çevrilib”.