Son yeniləmə: 23 Fevral 2024 17:58
BAYRAQDAR MEDİA – Fevralın 23-də Quzey Makedoniyada prezidentliyə və deputatlığa namizədlik üçün imzatoplama kampaniyasına başlanacaq.
İmzalar Dövlət Seçki Komissiyasının rayon şöbələrində və səlahiyyətli notariuslarda toplanacaq. Dövlət Seçki Komissiyasının müəyyən etdiyi seçki təqviminə əsasən, imzaların toplanması fevralın 23-dən martın 8-dək davam edəcək.
Yeni Balkan xəbər verir ki, prezidentliyə namizədliyin dəqiqləşdirilməsi üçün azı 30 millət vəkilinin və ya 10 min vətəndaşın imzası lazımdır.
Məlumata əsasən, artıq prezidentliyə 4 namizədin adı bəllidir. Belə ki, bu günə qədər Levica partiyası Bilyana Vankovskanın, Albaniyanın müxalifət bloku Arben Taravarinin, hakim SDSM hazırkı prezident Stevo Pendarovskinin, ana müxalifət VMRO-DPMNE isə Qordana Silyanovska Davkovanın namizədliyini irəli sürüb.
Quzey Makedoniya 24 aprel və 8 may tarixlərində ikiqat seçki üçün sandıq başına gedəcək. Prezident seçkiləri aprelin 24-də keçiriləcək. Mayın 8-də parlament seçkiləri ilə birlikdə prezident seçkilərinin ikinci turu keçiriləcək.