Press "Enter" to skip to content

Altı yüz altmış milyon manatdan çox vəsait ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 23 Fevral 2024 15:50

BAYRAQDAR MEDİA – Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsaitdə artım dinamikası 2024-cü ildə də davam edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyinin məlumatında qeyd edilib.ş

Məlumata görə, 2024-cü ilin yanvar ayında həmin sosial təminat növləri üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 84,6 mln. manat və ya 14,7 faiz çox olmaqla 661 mln. manat təşkil edib.
Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Mission News Theme by Compete Themes.