Son yeniləmə: 23 Fevral 2024 12:04
BAYRAQDAR MEDİA – Qırğızıstan parlamenti Joqorku Keneşin iclasında təhsil və elm naziri Doqdurkul Kendirbayeva departamentin əvvəllər qəbul etdiyi qərarla bağlı deputatlara izahat verib.
Bu barədə xəbəri bulak.kg yayıb.
Məlumata görə, nazir deyib ki, qərara əsasən ali təhsil müəssisələrinə daxil olmaq istəyən abituriyentlər bundan sonra qırğız dilindən imtahan verməlidirlər: “Onun sözlərinə görə, başqa millətlərin nümayəndələrinə qarşı heç bir ayrı-seçkilik olmayacaq – dil imtahanı ali məktəblərə qəbula təsir etməyəcək. Bu sınaq imtahanı olacaq. Növbəti mərhələlərdə qırğız dilindən imtahan verməyi məcburi edəcəyik. Özəl məktəblərdə qırğız dilinin öyrənilməsi standartlarının necə saxlandığına da nəzarət edəcəyik”.
Sayt xatırladır ki, Təhsil Nazirliyi 2024-cü ildən Ümumrespublika Sınaq İmtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinə daxil olan abituriyentlər üçün qırğız dili imtahanından keçməyin məcburi olacağına dair qərar qəbul edib.