BAYRAQDAR MEDİA – Təsdiq edilmiş 2024-cü ilin fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) tanışlıq səfəri təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “hərbi attaşelik aparatının nümayəndələri AMEA Rəyasət Heyətinin binası (“İsmailiyyə” binası) ilə tanış olublar. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara akademiyanın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib”.
Hərbi attaşelər tədbirin təşkilinə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.