Son yeniləmə: 22 Fevral 2024 10:19
TÜİB başqanı Hüseyin Büyükfırat tədbirdə çıxış edib
BAYRAQDAR MEDİA – “Fevralın 21-də İstanbulda “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə 27-ci Avrasiya İqtisadi Zirvəsi keçirilib. Dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı Avrasiya İqtisadi Zirvə Toplantısında Ələt Azad İqtisadi Zonasını (AFEZ) təmsilən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri (TÜİB) İctimai Birliyinin idarə heyətinin sədri Hüseyin Büyükfırat iştirak edib”.
TÜİB-dən BAYRAQDAR MEDİA-ya fevralın 22-də verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, “Hüseyin Büyükfırat çıxış zamanı Ələt Azad İqtisadi Zonasının yaradılmasının Prezident İlham Əliyevin Azərbaycanda biliyə və beynəlxalq rəqabətə əsaslanan iqtisadi strukturun inkişafı ilə bağlı siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib”.
Məlumata görə, H.Büyükfırat, həmçinin bu çərçivədə çoxşaxəli, ixracyönümlü, müasir enerji, nəqliyyat və logistika infrastrukturuna malik dünya səviyyəli biznes mühiti yaratmaqla Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə rəqabətqabiliyyətli iştirakçıya çevrilməsini təmin etmək məqsədi olduğunu bildirib.
Qeyd olunub ki, “Böhranlardan Sabitliyə İnklüziv Dünya Qurmaq” ana mövzusu ilə başlayan Zirvə Toplantısında hazırkı mürəkkəb böhranların aradan qaldırılması, qlobal miqyasda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sammitdə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıalırna təbrik mesajları da oxunub.