Press "Enter" to skip to content

 İşçi qrupunun iclası

İclas zamanı

Son yeniləmə: 22 Fevral 2024 15:10

BAYRAQDAR MEDİA – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 22-də Enegetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Öncə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və İşçi qrupun rəhbəri energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi söyləyib. Sonra iclasın gündəliyinə müvafiq olaraq elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə onlayn müraciət sistemi, ötən dövr ərzində onlayn qoşulmaların sayı üzrə müqayisəli statistik göstəricilər və onlayn ödənişlərlə bağlı mövcud vəziyyətə dair aidiyyəti qurumların hesabatları dinlənilib, görülən işlər barədə məlumat verilib. Onlayn sistemə daxil olan müraciətlərin icrası zamanı qarşıya çıxan praktiki məsələlər, ETŞ-yə qoşulmanın təmin edilməsi üzrə Texniki Şuraya daxil olan dövlət qurumlarının məsul şəxsləri ilə kommunikasiyanın təşkili üzrə mövcud vəziyyət nəzərdən keçirilib, eləcə də Dünya Bankının yeni hesabatı ilə bağlı qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb”.

Məlumata görə, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli müvafiq Qanunundan irəli gələrək zəruri tədbirlərin görülməsi ilə bağlı məsələlər müzakirə edilib: “Sonda “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun 2024-cü il üçün Yol Xəritəsinin yekun layihəsinəzərdən keçirilib, üzvlərin rəy və təklifləri nəzərə alınmaqla tamamlanması razılaşdırılıb. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri, eləcə də “Yol Xəritəsi”nin icrasına bilavasitə cəlb olunan məsul şəxslər iştirak ediblər”.

Mission News Theme by Compete Themes.