Press "Enter" to skip to content

Erhan Arıklı-Talip Atalay mübarizəsi şiddətlənir

Son yeniləmə: 22 Fevral 2024 15:11

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Yenidən Doğuş Partiyası (YDP) növbəti qurultaya hazırlaşır.

YDP-də Talip Atalay rüzgarı

Bu arada isə partiya daxilində gərginlik getdikcə artır. Bertan Zaroğlunun tərəfi hələ də bəlli olmasa da, Erhan Arıklı ilə Talip Atalay arasındakı gərginlik media vasitəsilə davam edir.

Bu barədə Kibris Postası məlumat yayıbş

Məlumata görə, YDP sədri Erhan Arıklı Talip Atalay tərəfdarlarının sosial media əməliyyatlarına əhəmiyyət vermədiyini bildirib.

Erhan Arıklı qatıldığı televiziya proqramında danışarkən deyib: “Onlar məni yormağa çalışırlar, mən əhəmiyyət vermirəm. Hətta birini polisə vermişəm, nə baş verdiyini bilmirəm. Bəziləri Talip Hocanın dəstəyi ilə sosial mediada çox iş görürlər. Vəzifə və sədrlik yarışında rəqibimin tərəfdarları tam hücuma keçiblər. Başa düşürəm ki, müəllimim bu dostlara “dur” demir. Çünki bu onun işinı yarayır”.

Mission News Theme by Compete Themes.