Press "Enter" to skip to content

Daxildə emal xüsusi gömrük proseduru ilə bağlı görüş

Görüş zamanı

Son yeniləmə: 22 Fevral 2024 10:55

BAYRAQDAR MEDİA – İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na dair sahibkarlarla görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “30-dək ixracatçının və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini Bəhruz Quliyev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə daxildə emal xüsusi gömrük proseduru haqqında ətraflı məlumat verilib. Bildirilib ki, daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində ildən-ilə artım baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib.Bu prosedur qeyri-neft ixracının artırılmasına mühüm töhfə verir”.

Məlumata görə, görüşdə sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.