Press "Enter" to skip to content

“Biz bu seçkilərdə qalib gəlmək əzmində və gücündəyik”

Müsahibə zamanı

Son yeniləmə: 22 Fevral 2024 12:47

Nebi Hatioğlu: Eskişehirlilər bu qənaətdədirlər ki, idarəçilikdə yenlik vacibdir

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi qardaş Türkiyə növbəti dəfə yerli seçkilərə hazırlaşır. Martın 31-də keçiriləcək seçkilər ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də həm iqtidar, həm də müxlaifət cəbhəsi seçkilərə xüsusi olaraq hazılaşıb.

Karyerası maraqlı məqamlarla zəngin namizəd

İki düşərgə arasında gərgin mübarizənin getdiyi yerlərdən biri də Eskişehirdir. Hakim AK Partinin və “Cümhur İttifakı”nın bu şəhərdən irəli sürdüyü namizəd Nebi Hatipoğludur.

Bütün sahələrlə maraqlanan namizəd

Qeyd edək ki, bu şəxsin karyerası maraqlı məqamlarla zəngindir. 1974-cü ildə Eskişehirdə anadan olan N.Hatiboğlu ali təhsilini Anadolu Universitetinin Biznesin idarə edilməsi fakültəsində alıb və 2005-ci ildə məzun olub. O, 1995-ci ildən şüşə və plastik konstruksiya elementləri sahəsində fəaliyyət göstərən ailə şirkətində menecer vəzifəsində çalışıb.

Seyitgazidə möhtəşəm qarşılanma

N.Hatipoğlunun idarə etdiyi Europen şirkəti 2022-ci ildə birjaya çıxıb. Bu, Eskişehirdə birjaya çıxan ilk şirkət olub. N.Hatiboğlu 2006-2007-ci il mövsümündə “Eskişehirspor” klubunun prezidenti vəzifəsini icra edib. Onun prezidentliyi dövründə Eskişehir millət vəkili Kamal Unakıtan vasitəsilə “Eskişehirspor”un maddi bazası formalaşdırılıb və komanda superliqaya yüksəlib. N.Hatiboğlu media sahəsinə də baş vurub. Məlumata əsasən, o, 2021-ci ildə Ekişehirdə nəşr olunan “Milli İrade” qəzetini satın alaraq media sektorunda fəaliyyətə başlayıb.

Ayşe Ünlüceni ilk təbrik edən o oldu

Ən maraqlısı isə odur ki, 2023-cü il parlament seçkilərində İYİ Partinın Eskişehir millət vəkili seçilən N.Hatiboğlu parlamentin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasında çalışıb. Lakin 2 noyabr 2023-cü ildə İYİ Partidən istefa verib. 7 noyabr 2023-cü ildə AK Partiyə üzv olub. 2024-cü il yanvarın 7-də keçiirlən mərasimdə isə Cümhurbaşqanı Recep Tayyip Erdoğan AK Partinın Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədinin Nebi Hatipoğlu olduğunu açıqladı.

Nebi Hatipoğlu Azərbaycanla bağlı bir sıra işlərin görülməsində maraqlıdır

Onu da bildirək ki, Nebi Hatipoğlu Azərbaycanla bağlı bir sıra işlərin görülməsində maraqlıdır. Bunu bu yaxınlarda Eskişehirdə olarkən BAYRAQDAR MEDİA üçün ondan aldığımız özəl müsahibə zamanı dedi.

Nebi Hatipoğlundan Azərbaycanla bağlı önəmli açıqlama

Seçkiqabağı proqramının gərgin və sıx olmasına baxmayaraq BAYRAQDAR MEDİA-nın suallarını cavablandıran, bunun üçün qısa da olsa bizə vaxt ayıran N.Hatipoğluna təşəkkür, bu müsahibə üçün öz dəstəyini əsirgəməyən Eskieşhirdən olan dostumuz Oral Büyüksarıya və dəyərli ziyalı İbrahim Yıldırıma isə minnətdarlıq edirik.

Beləliklə, müsahibə zamanı ilk olaraq Azərbaycanla bağlı əlaqələrə toxunan N.Hatipoğlu konkret atmağa hazırlaşdığı addımların olduğunu dedi. O, qeyd etdi ki, qalib gələcyi təqdirdə bələdiyyə sədri kimi ilk atacağı addımlaran biri Ekişehirlə Azərbaycanın şəhərlərindən birini qardaşlaşdırmaq olacaq. “Bu qardaşlaşma işğaldan azad edilmiş Azərbaycan rayon şəhərlərindən biri ilə ola bilərmi” sualına isə o, “niyə də olmasın” cavabını verdi.

“Bu günə kimi keçirilən bütün sorğular bizim öndə olduğumuzu göstərir”

N.Hatipoğluna növbəti sualımız isə müxalifətlə bağlı oldu. “Eskişehir 1999-cu ildən bu günə kimi, yəni 25 ildir sosial-demokratların nəzarəti altındadır.

Ayşen Gürcan: 31 mart seçkilərində qalib Nebi Hatipoğlu olacaq

Bəs, bu 25 illik nəzarəti onlardan ala biləcəksinizmi” sualına cavabında müsahibimiz aşağıdakıları bildirdi: “Biz bu seçkilərdə qalib gəlmək əzmində və gücündəyik. Elə bu günə kimi keçirilən bütün sorğular da bizim öndə olduğumuzu və qalib gələcəyimizi göstərir. Bu da təbiidir. Çünki eskişehirli həmyerlilərimiz də bu, bəhs etdiyiniz 25 ilin son 15 ilində heç bir xidmətin olmadığını bilirlər. Ona görə də onlar da bu qənaətdədirlər ki, idarəçilikdə “qan dəyişimi”, yenlik vacibdir. Hər halda keçirdiyimiz görüşlərdə səslənən fikirlər də bizə bunu deməyə əsas verir. Bütün bunları nəzərə alaraq “inşallaha qalib gələcəyik” deyirəm”.

“Bu günə kimi öz fəaliyyətimlə hər iki kəsimin yanında olmuşam”

Qeyd edək ki, namizədliyi rəsmən irəli sürüLəndən sonra seçicilərlə ilk görüşə “Rabia” və “Bozqurd” salamı ilə gələn N.Hatipoğlu bu baxımdan da medianın diqqətini çəkmişdi.

Nebi Hatipoğludan “Bozqurd” salamı

Növbəti sualmız da bu məqamla bağlı oldu. “Seçkilərdə Eskişehirdəki millətçi və dini kəsimi bir araya gətirə biləcəksinizmi” sualına cavabında o, “əlbəttə” cavabını verdi. N.Hatipoğlu “Mən bu günə kimi öz fəaliyyətimlə hər iki kəsimin yanında olmuşam və bundan sonra da olacağam. Həmçinin, bu günə kimi keçirilən görüşlərdə də hər iki kəsimi bir araya gətirdim. İddialı və əzmliyik. Onu da deyim ki, Eskişehirdə ilk dəfədir bu iki kəsim bir namizəd ətrafında bir araya gəlir. Bunu formalaşdıra bildiyim üçün də çox xoşbəxtəm. Hər iki kəsimin dəstəyi və birliyi sayəsində seçkiləri qələbə ilə başa vuracağımıza əminik”.

Nebi Hatipoğludan Özgür Özelə sərt cavab

“Qalib gələcəyiniz təqdirdə Eskişehir üçün görəcəyiniz ilk üç iş nə olacaq sualına isə müsahibimiz belə cavab verdi: “Bir kentsel dönüşüm, iki, yol infrastrukturunun yenilənməsi və üç, nəqliyyat”.

Mission News Theme by Compete Themes.