Press "Enter" to skip to content

Baş nazir Tələt Cəfəri: Ali Ahmetinin prioriteti rütbə və vəzifə deyil

Tələt Cəfəri

Son yeniləmə: 22 Fevral 2024 11:25

BAYRAQDAR MEDİA – Quzey Makedoniyanln Baş naziri Tələt Cəfəri Demokratik İnteqrasiya Birliyinin lideri Ali Ahmetinin prezidentliyə namizədliyini qəbul etməyəcəyi qənaətindədir.

Yeni Balkan xəbər verri ki, Baş nazir açlqlamasında “Cənab A.Ahmetinin bir missiyası var və bildiyimə görə, o, namizəd deyil. Onun namizədliyi qəbul edəcəyini düşünmürəm. Onun kim olduğunu və 50 ildən sonra bu ölkəyə həm bu ölkə, həm də vətəndaşları üçün nə qədər töhfə verdiyini göstərməyə ehtiyac yoxdur” deyib.

Baş nazir bildirib ki, “Vəzifə uğrunda rəqabət A.Ahmetinin prioritetləri arasında deyil. Əgər o, vəzifə axtarsaydı, 23 il ərzində istədiyinə nail ola bilərdi”.

Xatırladaq ki, BDİ-nin prezidentliyə namizədinin kim olacağı ilə bağlı fərziyyələrin səsləndiyi bu günlərdə

A.Ahmetiyə yaxınlığı ilə tanınan Artan Qrubi də oxşar açıqlamalar vermişdi.

Mission News Theme by Compete Themes.