BAYRAQDAR MEDİA – Qostivarda yerləşən “Abdülhakim Hikmet Doğan” Təhsil, Mədəniyyət və İncəsənət Mərkəzi (ADEKSAM) bu il 72 lisey və 66 universitet tələbəsi olmaqla, ümumilikdə 138 tələbəyə təqaüd imkanı təqdim edir.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “bu münasibətlə ADEKSAM mərkəzində təqaüdlərin paylanması mərasimi keçirilib. Mərasimdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Skopye koordinatoru Mehmet Bayrak da iştirak edib”.
Mərasimdə çıxış edən ADEKSAM-ın prezidenti Tahsin İbrahim, “Hər tələbənin təqaüdə ehtiyacı var, bunu maliyyə çətinliyi kimi təyin etməməliyik. Təhsil yaşında olan hər bir tələbənin təqaüd almaq hüququ var” deyib.
Təqaüd alan tələbələrə müraciət edən Tahsin İbrahim bunları deyib: “Siz gələcəkdə bu cəmiyyətin liderləri olacaqsınız. Həkim, mühəndis, kompüter alimi, hüquqşünas, müəllim kimi titullarınızla bu cəmiyyətin liderləri olacaqsınız. Sizə təqaüd verən bu quruma heç bir borcunuz olmadığını da bilmənizi istəyirik. Siz bizə deyil, biz sizə borcluyuq. Halbuki siz türk cəmiyyətinə borclusunuz, türk cəmiyyətini qorumalısınız”.
T.İbrahim çıxışının sonunda Qostivardan olan bütün xeyriyyəçilərə öz zəkatını ehsan edənlərə təşəkkürünü bildirib.