Son yeniləmə: 21 Fevral 2024 12:30
BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 52,9 milyon manat və ya 15,4 faiz artım qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 milyon manat və ya 10,9 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 48,1 milyon manat və ya 19,9 faiz artımla olub.