Son yeniləmə: 21 Fevral 2024 12:05
BAYRAQDAR MEDİA – Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.