Son yeniləmə: 21 Fevral 2024 14:50
BAYRAQDAR MEDİA – Türkmənistan xarici işlər nazirinin müavini Myahri Byashimova çərşənbə axşamı, fevralın 20-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) regional direktoru Beata Andresin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar aparıb.
Bu barədə orient.tm saytı məlumat yayıb.
Məlumatda deyilir ki, tərəflər 2023-cü il üçün Yol xəritəsinə uyğun olaraq həyata keçirilən tədbirlərin nəticələrini müzakirə ediblər: “Həmçinin 2024-cü il üçün Türkmənistan hökuməti ilə BƏT arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini və əməkdaşlığın konkret addımlarını razılaşdırıblar. Beate Andreas Türkmənistan tərəfinin Beynəlxalq Əmək Təşkilatı çərçivəsində üzərinə götürdüyü öhdəliklərin sistemli şəkildə yerinə yetirilməsinə sadiqliyini alqışlayıb”.