Press "Enter" to skip to content

“Aşıq Qərib” operasının nümayişi

Aşıq Qərib

BAYRAQDAR MEDİA – Fevralın 21-i saat 19:00-da Opera Studiyasında bəstəkar Zülfüqar Hacıbəylinin 3 pərdəli “Aşıq Qərib” operası nümayiş olunacaq.

Bu haqda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “operada Əməkdar artist Elnur Zeynalov (Qərib), Aytən Məhərrəmova (Şahsənəm), Taleh Yahyayev (Şahvələd), Pərviz Verdiyev (Mahmud), Elşad Məmmədov (Güloğlan), Mülayim Həsrətova (Qəribin anası), Əməkdar artist Səbinə Vahabzadə (Qaraca qız), Nəzər Bəylərov (Aşıq Vəli), Əməkdar artist Səbuhi İbayev (Aşıq Səlim), Günel Hacıyeva (Ağca qız), Zeynalabdin Kərimov (Paşa), Nəzər Bəylərov (azançı), Esmira Məmmədova (Qəribin bacısı) iştirak edir. Həmçinin operanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, xormeysterləri Sevzixan Serderov, Zöhrə Həşimova, quruluşçu rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir”.

Mission News Theme by Compete Themes.