Press "Enter" to skip to content

ABŞ Konqresindən Doğu Türküstanla bağlı tələb

İşğal altındakı Doğu Türküstan

BAYRAQDAR MEDİA – Çinin işğalı altında olan qədim türk yurdu Doğu Türküstanı təmsil edən uyğur, qazax, qırğız və başqa türk diaspor qurumları ABŞ Konqresinə müraciət edib. Müraciətdən məqsəd ABŞ-nin Doğu Türküstanı Çinin işğal etdiyi torpaq kimi tanımasıdır.

Sürgündəki Doğu Türküstan Hökumətindən BAYRAQDAR MEDİA-ya daxil olan müraciətin mətnində bildirilir ki, Çin “sintzyan”, yəni “işğal edilmiş torpaq” adlandırdığı Doğu Türküstanda türk kimliyini yox etmək üçün durmadan çalışır.

Müraciətdə müstəqil Doğu Türküstan Cümhuriyyətini Çinin sonuncu dəfə 12 oktyabr 1949-cu ildə işğal etdiyi xatırladılır. Qeyd edilir ki, bu işğalın ardından həmin il dekabrın 22-də Çin rejimi Doğu Türküstan Cümhuriyyətini ləğv edərək ona “Sintzyan Uyğur Muxtar Bölgəsi” adı verib.

Müraciət müəllifləri ABŞ-dən Tibet, Tayvan kimi Doğu Türküstanın da işğal edilmiş torpaq olması haqqında rəsmi mövqe bildirməyi tələb edir.

Eyni zamanda ABŞ-dən Doğu Türküstanla bağlı xüsusi nümayəndə təyin edilməsi istənilir.

Qeyd edək ki, müraciəti 61 ayrı təşkilat imzalayıb.

Mission News Theme by Compete Themes.