Press "Enter" to skip to content

“Yer kürəsi və incəsənət” layihəsinin növbəti müzakirəsi

Müzakirə olacaq

BAYRAQDAR MEDİA – Fevralın 23-ü saat 19:00-da YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” fərdi sərgisi çərçivəsində keçirilən “Yer kürəsi və incəsənət” layihəsinin növbəti müzakirəsi olacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “görüşün qonaqları qismində sənətşünas, qalereyaçı, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru Qalib Qasımov, Bakı İncəsənət Mərkəzinin baş direktoru, incəsənət tədqiqatçısı Rafael Gülməmmədli və kulturoloq Elçin Şamili iştirak edəcək.

Mövzusu “Abstrakt, yoxsa görünən reallığın illüziyası: Fərhad Xəlilovun fərdi sərgisi çərçivəsində abstrakt incəsənət” olan tədbirin moderatoru Mina Abbasovadır.

Mission News Theme by Compete Themes.