Press "Enter" to skip to content

Qədim qəzetlərin, jurnalların qorunduğu kitabxana

Sözügedən fond

BAYRAQDAR MEDİA – Qədim tarixə malik olan AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) zəngin fondlara malikdir. Burada elmin müxtəlif sahələrinə aid kitablar, qəzetlər və jurnallar mühafizə olunur.

Kitabxananın Xarici dillərdə ədəbiyyat fondunun müdiri Kübra Sadıqova rəhbəri olduğu fonddakı həmin mətbuat nümunələri haqqında BAYRAQDAR MEDİA-ya məlumat verib: “Bildirim ki, fondumuzun Şərq dillərində ədəbiyyatların olduğu zalında 1920-ci ilə qədər Azərbaycanda nəşr edilmiş inqilaba qədər və inqilabdan sonrakı dövrün 64 adda dövri mətbuatı mühafizə edilməkdədir. Bunlar sırasında “Azərbaycan”, “Azərbaycan işçi-kəndli müxbiri”, “Arı”, “Babayi-Əmir”, “Bəhlul”, “Bolşevik”, “Qardaş köməyi”, “Qurtuluş”, “Damğa”, “Dəbistan”, “Əkinçi”, “Zənbur”, “İnqilab və mədəniyyət”, “Məzəli”, “Məktəb”, “Mirat”, “Molla-Nəsrəddin”, “Rəhbər” “Tuti”, “Tamaşa”, “Füyuzat”, “Şərq qadını”, “Şəlalə”, “Haqq yolu”, “İşıq”, “Yeni yol”, “Sərvəti-finun” jurnalları, “Kəndçi”, Həyat”, “Gənc işçi”, “Vətən yolunda”, “Yeni dünya”, “Siratul-müstəqim” və “Kommunist” və s. qəzetləri var. Fondumuzda mühafizə olunan ən qədim Azərbaycan jurnalı 1928-ci ilə, qəzet 1923-cü ilə, rus dilində qəzet 1905-ci ilə, Qərbi Avropa dillərində jurnal 1887-ci ilə, Şərq dillərində jurnal 1905-ci ilə aiddir”.

K.Sadıqova həmçinin bildirib ki, rəhbəri olduğu fondda Yaponiya, Koreya, Çin dilində jurnallar, “Türk dili dərgisi” və Türkiyəyə aid “Bülletenler” qorunmaqdadır.

Mission News Theme by Compete Themes.