BAYRAQDAR MEDİA – Perunun nüfuzlu “Guik” portalında Azərbaycanda səfərdə olmuş, bu ölkənin tanınmış jurnalisti, siyasi şərhçi Rikardo Sançesin “Azərbaycanın reallıqları uydurmalara qarşı” başlıqlı məqaləsi dərc edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisindən bəhs edən məqalədə qeyd edilir ki, Azərbaycan əhalisinin yüksək fəallıqla nümayiş etdirdiyi seçkidə Prezident İlham Əliyev 92 faizdən artıq səslə qələbə qazanıb. Bildirilir ki, ölkədə aparılan uğurlu siyasət, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, iqtisadiyyatın inkişafı, ölkə əhalisinin rifahının daha da yaxşılaşması kimi amillər bu uğura öz töhfəsini verib.
Qeyd olunur ki, seçkiləri izləyən 790 beynəlxalq, ümumillikdə isə 90 mindən çox müşahidəçi, eləcə də 300-ə yaxın xarici KİV nümayəndəsi seçki prosesinin sərbəst, şəffaf və demokratik keçdiyi barədə rəylər verib. Məqalədə xüsusilə vurğulanır ki, 30 illik işğaldan sonra ilk dəfə suveren Azərbaycanın bütün ərazilərini əhatə etdiyi üçün bu seçkilər tarixi əhəmiyyət daşıyır.
Müəllif qeyd edir ki, Ermənistan və xaricdəki erməni diasporuun Qarabağla bağlı yaydığı qərəzli və yalan məlumatların əksinə olaraq, bu bölgəni ziyarət edən hər kəs çoxillik erməni işğalının ağır nəticələrinin, o cümlədənşəhərlərin yerlə yeksan edilməsinin, mədəni, tarixi və dini abidələrin talan edilməsinin, yaşayış infrastrukturunundağıdılmasının şahidi olur.
Həmçinin bu ərazilərin işğal dövründə Ermənistan tərəfindən kütləvi şəkildə minalanması səbəbindən hətta müharibədən sonra 300-dən çox insanın həlak olduğu qeyd olunur və minalanmış sahələrin xəritələrini hələ də Azərbaycan tərəfinə təqdim etməkdən imtina edən, bununla da günahsız insanların həyatını təhlükə altında saxlayan Ermənistan tərəfinin özünü dünyaya xristian dəyərlərinin daşıyıcısı kimi təqdim etməsinin ağlasığmaz olduğu vurğulanır.
Sonda öz yurdlarından didərgin düşmüş həmvətənlərimizin ləyaqətli və təhlükəsiz şəkildəevlərinə qayıdışını təmin etmək məqsədilə Azərbaycan dövlətinin azad olunmuş ərazilərin bərpası istiqamətində gördüyü genişmiqyaslı işlər barədə məlumat verilir.