Press "Enter" to skip to content

“Pensiya kalkulyatoru”e-xidmətinə daxil olan müraciətlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 20 Fevral 2024 13:49

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan, 2020-ci ildə istifadəyə verilmiş“Pensiya kalkulyatoru”na ötən dövrdə 2,5 milyondan çox müraciət olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 20-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “onlardan 2,3 milyonu yaşa görə, qalanları əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarla bağlı müraciətlər olub. Bu ilin ötən dövründə isə həmin e-xidmətdən 222 min dəfə istifadə edilib”.

Məlumata görə, “Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir: “Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edib pensiya kalkulyatoru xidmətindən istifadə edən hər bir şəxs cari hesabında toplanmış sosial sığorta kapitalına əsasən ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər”.

Mission News Theme by Compete Themes.