Press "Enter" to skip to content

Daha bir arzumuz çin oldu

Nadir Azəri

Təşəkkürlər, cənab Prezident İlham Əliyev, təşəkkürlər, sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan!

BAYRAQDAR MEDİA – Türk dünyasının birliyi, daha da sıx inteqrasiyası istiqamətində bir-birindən dəyərli və gözəl addımlar atılır. Bunları görmək, bu tarixi anlara şahidlik etmək bizdə qürur doğrurur.

Rusiya, Fransa kimi Türkiyə də Azərbaycanda universitet açsın

Həmin tarixi addımların atılmasında Azərbaycan dövlətinin öndə getməsi, bu addımların atılması zamanı cənab Prezident İlham Əliyevin qətiyyətli mövqe sərgiləməsi isə bizim sevincimizi daha da artırır.

Bu gün uzun illər arzu, istək, bəlkə də əlçatmaz xəyal kimi gördüklərimizin reallığa çevrilməsinin şahidi olmaq BAYRAQDAR MEDİA ailəsi olaraq bizləri ikiqat sevindirir.

Ortaq universitet Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırardı – ÖZƏL

Belə sevincli günlərdən birini də fevralın 19-da yaşadıq.

Məlum olduğu kimi, cənab İlham Əliyev tarixi ənənəyə sadiq qalaraq növbəti dəfə prezident seçiləndən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Bu səfər türk dünyası və Türk Dövlətləri Təşkilatının gələcəyinə dair dəyərli fikirlərin səsləndirilməsi, həmçinin tarixi sənədlərin imzalanması ilə yadda qaldı.

Türkiyənin Azərbaycanda universitet açma ideyası aktuallaşır – ÖZƏL

Tarixi sənəd deyərkən biz, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nun imzalanmasını nəzərdə tuturuq.

Önəmli olan yaxşı bir universitet qurmaqdır

Kimsəyə sirr deyil ki, cənab Prezident İlham Əliyevlə sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qətiyyətinə söykənən bu sənədin imzalanması mühüm tarixi əhımiyyət kəsb edir. Bununla qardaşlığımızın daha da möhkəmlənməsi üçün növbəti bir mühüm addım atılmış oldu.

Nə gizlədək, bu, BAYRAQDAR MEDİA olaraq bizim də arzu etdiyimiz, xəyalını qurduğumuz, cani-dildən istədiyimiz bir məsələ idi. Fəaliyyətə başladığımız dövrdən dəyərli dövlət başçılarımızın belə bir universitetin yaradılması üçün addım atacaqlarına inanır, həmin inamdan irəli gələrək zaman-zaman Azərbaycanın və Türkiyənin ziyalılarından bununla bağlı fikir, mövqe, münasibət alırdıq.

Qarabağı türk dünyasının təhsil vadisinə çevirməliyik

Bu gün isə iki qardaş ölkənin inkişafını arzu edən milyonlar kimi bizim də arzumuz reallaşdı. Bunu reallaşdıran isə məhz Recep Tayyip Erdoğan və İlham Əliyev oldu. Onların qətiyyətli mövqeyi sayəsində türk dünyasının gələcəyinə işıq salan daha bir tarixi və qiymətli sənəd imzalandı.

Biz BAYRAQDAR MEDİA olaraq buna görə də hər iki dövlət başçsına minnətdarlıq edirik -Təşəkkürlər, cənab Prezident İlham Əliyev, təşəkkürlər, sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan!

Əminik ki, yeni yaradılacaq universitet qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ümidləri doğruldacaq.

Azərbaycan-Türkiyə ortaq universiteti qurulacaq

Qarşıya qoyulan məqsədlərə gəlincə cənab İlham Əliyevin Ankaradakı çıxışına diqqət yetirmək lazımdır: “Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”.

Mission News Theme by Compete Themes.