Press "Enter" to skip to content

Prezidentin qardaş ölkəyə səfəri yaddaqalan oldu

İki qardaş ölkənin başçıları

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında üç günlük iştirakının ardından fevralın 18-i gecə saatlarında qardaş Türkiyə rəsmi səfərə gəlib.

Prezident qardaş ölkədə səfərdədir

Prezidentin mətbuat xidməti xəbər verir ki, fevralın 19-da İlham Əliyev Ankarada qardaş Türkiyənin qurucusu Mustafa Kemal Atatürkün uyuduğu Anitkabiri ziyarət edib.

Bundan sonra Prezident yenə də eyni şəhərdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin heykəlini ziyarət edib.

Bu ziyarətlərin ardında qardaş ölkənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan İlham Əliyevi rəsmi törənlə Külliyedə qarşılayıb.

Törənin ardından iki qardaş ölkə rəhbərinin təkbətək görüşü olub.

Sonra isə ölkə başçılarının da qatılımı ilə heyətlər arasında geniş tərkibli görüş keçirilib.

Bu görüş də bitdikdən sonra ölkə başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

İmzalanan sənədlərdən biri də Türkiyə-Azərbaycan Universitetinin qurulması haqqında Anlaşma Memorandumudur.

Sənədlərin imzalanması bitdikdən sonra ölkə başçıları mətbuata bəyanatla çıxış ediblər.

Prezidentin mətbuat xidməti xəbər verir ki, İlham Əliyevin qardaş ölkəyə rəsmi səfəri başa çatıb.

Mission News Theme by Compete Themes.