BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dəvəti ilə fevralın 18-də bu ölkəyə səfərə gəlib.
Ankaranın Esenboğa hava limanında dövlət başçısı və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıb.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.