Press "Enter" to skip to content

Özbəkistanda Xocalı soyqırımı ilə bağlı təqdimatlar

Qardaş ölkədə təqdimatlar

BAYRAQDAR MEDİA – Fevralın 20-də Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” adlı poemanın və məşhur özbək fotomüxbir Husniddin Atoevin Azərbaycana, Qarabağa reallaşdırılmış mediatur zamanı çəkdiyi fotolardan ibarət “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə bildirilir ki, “Mərkəzin 2020-ci ilin fevral ayında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri olmuş mərhum azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairəsi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları hazırlanıb. Sözügedən poemalar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qarşılıqlı olaraq Azərbaycan və özbək dillərinə tərcümə edilərək çap edilib”.

Sonra xəbərdə, “sərgidə nümayiş olunacaq fotolar özbəkistanlı jurnalistlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad olunmuş torpaqlara təşkil edilmiş mediatur çərçivəsində H.Atoyevin çəkdiyi kadrlardır. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan quruculuq işləri əks olunub” deyə qeyd edilir.

Sərginin cari ilin fevralın 26-a qədər Turan kitabxanasında sərgilənməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.