Son yeniləmə: 19 Fevral 2024 12:02
BAYRAQDAR MEDİA – Naxçıvan şəhərində 2 min 7 yüz metrlik yeni su xətti çəkilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, “Naxçıvan “Su kanalizasiya” İdarəsi içməli su təminatının yaxşılaşdırılması məqsədilə Əliabad qəsəbəsindən başlayaraq Duzdağ Fizioterapiya Mərkəzini, “N” hərbi hissəsini və Dövlət Yol Polisi İdarəsinin inzibati binasını əhatə edən 2 min 7 yüz metrlik su boru xəttinin çəkilişinə dair müvafiq işlərə başlanılıb”.
Məlumata görə, yanvar ayı ərzində magistral su xətlərində 15 qəza baş verib ki, həmin qəzalar da dərhal aradan qaldırılıb: “Eyni zamanda daxil olan müraciətlər əsasında 11 ədəd nasaz sayğac yenisi ilə əvəz olunub”.