Press "Enter" to skip to content

Nəqliyyat-logistika sahəsində əməkdaşlığın gücləndirilməsi vacibdir

Vüqar Bayramov

Vüqar Bayramov: Bu həm də türk dünyasının daha dərin inteqrasiyasına, türk dövlətləri arasında əlaqlərinin inkişafına xidmət edəcək

BAYRAQDAR MEDİA – “Alternativ mənbələrdən enerjinin əldə edilməsi və bütövlükdə enerji istehlakında yaşıl enerjinin payının artırılması prioritetdir. İlkin proqnozlar göstərir ki, Azərbaycanda alternativ mənbələrdən enerji istehsalı 2030-cu ilə qədər 5 min Mega Volta qədər yüksələcək”.

Bunu BAYRAQDAR MEDİA-ya ğzəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ilkin proqnozlardır: “Digər proqnozlara əsasən, bu rəqəm iki dəfə daha çox ola bilər. Bu baxımdan alternativ mənbə yaşıl enerjinin ümumi istehlakda payını artıracaq. Bu da bərpa olunan enerjidən daha çox istefadə olunması anlamına gəlir”.

Qeyd edib ki, eyni zamanda, buna paralel olaraq biz həm də nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsini müşahidə edəcəyik: “Çünki nəqliyyat və logistika bir tərəfdən Azərbaycan üçün geoiqtisadi və geosiyasi baxımdan vacibdir, digər tərəfdən isə bu, türk dünyasını birləşdirən əsas vasitələrdən biridir. Cənab Prezident andiçmə mərasimində qeyd etdiyi kimi bizim ailəmiz türk dünyasıdır. Ona görə də nəqliyyat-logistika sahəsində əməkdaşlığın gücləndirilməsi həm də türk dövlətlərinin inkişafını stimullaşdıracaq. Bu həm də türk dünyasının daha dərin inteqrasiyasına, türk dövlətləri arasında əlaqlərinin inkişafına xidmət edəcək. Məhz buna görə əldə edilən nəticələr və müəyyənləşdirilən prioritetlər həm də regionun inkişafı üçün yeni imkanlar yaradır”.

Mission News Theme by Compete Themes.