BAYRAQDAR MEDİA– Quzey Makedoniyann Alban Alyansının sədri və Qostivar şəhərinin meri Arben Taravari ötən həftə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “A.Taravarinin namizədliyini Avropa Dəyişiklik Alyansının koalisiya tərəfdaşları Besa, Alternativa və Demokratiya Hərəkatının liderləri Kasami, Qaşi və Meciti də dəstəkləyib. A.Taravari Qostivardan verdiyi açıqlamada “Ölkənin texniki deyil, real mənada alban prezidentinin olmasının vaxtı çatıb. Sənin səsin olmaq mənim borcumdur. Həkim kimi məzun olduqdan sonra Hippokrat andı içdim və andımın mənim üçün ən vacib hissəsi o oldu ki, mən təntənəli şəkildə canımı bəşəriyyətin xidmətinə qoymağa söz verdim. Bu söz məni hər il, hətta hər gün izləyir və qoy bu söz bu yarışda mənim motivasiyam olsun! Ölkəmizdəki müxtəlifliyi birlikdə yaşamaq və harmoniya sənətinə çevirmək imkanımız var” deyib”.
Məlumatda deyilir ki, Quzey Makedoniya partiyaları da daxil olmaqla, bütün partiyalardan dəstək istəyəcəyini deyən A.Taravari qeyri-hökumət təşkilatlarından, ən əsası isə ictimaiyyətdən dəstək istəyəcəyini əlavə edib.