Press "Enter" to skip to content

Prezidentin Münxen görüşləri davam edir

Odil Reno-Basso ilə görüş zamanı

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının 60-cı yubiley tədbirində iştirak etmək üçün fevralın 16-da Almaniyaya səfər edib. Səfər çərçivəsində Prezidentin bir sıra rəsmilərlə görüşləri olub.

Prezidentin mətbuat xidməti xəbər verib ki, gün ərzində İlham Əliyev daha bir neçə görüş keçirib.

İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ilə görüşüb.

Daha bir görüş yenə də qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn ilə olub.

Növbəti görüş isə qarşı tərəfin müraciətinə əsasən Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Güney Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful ilə keçirilib.

Prezident İlham Əliyev, həmçinin qarşı tərəfin müraciətinə əsasən Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə də görüşüb.

Mission News Theme by Compete Themes.