Press "Enter" to skip to content

Prezident qardaş ölkənin xarici işlər naziri ilə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Fevralın 16-da Münxendə Prezident İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə xarici işlər naziri Hakan Fidanın görüşü olub.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, Hakan Fidan dövlət başçısını prezident seçkisində qələbə münasibətilə təbrik edib. İlham Əliyev də öz növbəsində təbrikə görə minnətdarlığını bildirib.

“Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olundu”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.