BAYRAQDAR MEDİA – Fevralın 16-sı saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Amerika yazıçısı Uilyam Lyusun “Zelda” əsəri əsasında hazırlanmış “İstədiyim kimi yaşamışam” monotamaşası nümayiş olunub.
Baş rolunu Əməkdar artist Mehriban Abdullayevanın oynadığı səhnə əsərində məşhur Amerika yazıçısı Frensis Skott Fitsceraldın xanımı Zelda Fitsceraldın ağrılı həyatından bəhs edilir.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru M.Abdullayevanın həyat yoldaşı, Xalq artisti, mərhum rejissor Ağakişi Kazımovdur.