BAYRAQDAR MEDİA – Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında görüş olub.
Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
İsrail Prezidenti İlham Əliyevi prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib.
Öz növbəsində İlham Əliyev təbrikə görə təşəkkür edib və bununla bağlı İsxak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd edib.
“Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunuldu. Həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirildi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.