Son yeniləmə: 16 Fevral 2024 11:57
2023-cü ildə bu şəhərə gələn turistlrin sayı 9 faizə qədər artıb
BAYRAQDAAR MEDİA – Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul 2023-cü ildə 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekordunu qırıb.
Bu barədə qardaş Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat yayılıb.
Məlumata görə, İstanbula gələn əcnəbilərin sayı əvvəlki ilə nisbətən 8.44 faiz artıb: “2023-cü ildə İstanbula ən çox xarici ziyarətçi sayına əsasən Rusiya Federasiyası 1 milyon 990 min 226 nəfərlə birinci, Almaniya 1 milyon 286 min 504 nəfərlə ikinci, İran 1 milyon 53 min 638 nəfərlə üçüncü, ABŞ isə 853 min 766 nəfərlə dördüncü olub. 701 min 361 nəfərlə İngiltərə (Birləşmiş Krallıq), 604 min 509 nəfərlə Səudiyyə Ərəbistanı və 589 min 149 nəfərlə Fransa sıranı izləyib”.