Press "Enter" to skip to content

Beynəlxalq Fonddan vandalizmlə bağlı qınama

Natəvanın heykəli öncə və indi

Son yeniləmə: 16 Fevral 2024 12:12

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, bir müddətdir Fransada 19 əsr Azərbaycan şairəsi, xeyriyyəçi Xurşidbanu Natəvanın abidəsinə qarşı hörmətsizlik edilir. Bu məsələ Azərbaycan ictimai rəyində haqlı olaraq ciddi təpkilərə yol açıb.

Fevralın 16-da məlum olub ki, məsələylə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da Bəyanat yayaraq bu əməli kəskin tənqid edib.

Qurumun yaydığı Bəyanatda deyilir ki, “Türk Mədəniyyəti və İrsi Fondu Fransada Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş qeyri-etik hərəkəti şiddətlə qınayır, bunu qədim və zəngin ümumtürk mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirir. Fond bu kimi hərəkətlərin qarşısının alınması və dünyadakı türk mədəni irs nümunələrinin qorunub saxlanmasına diqqətlə yanaşmağı tələb edir”.

Mission News Theme by Compete Themes.