Son yeniləmə: 16 Fevral 2024 11:59
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki çıxışı və həmin çıxış zamanı Türk Dövlətləri Təşkilatı haqqında söylədikləri türk dünyasının diqqət mərkəzindədir.
Öz növbəsində Kirim Haber Ajansı da məsələyə xüsusi diqqət ayırıb.
Qeyd edilib ki, 2024-cü il fevralın 7-də keçirilən ümumxalq seçkilərindən sonra yenidən vəzifəsinin icrasına başlayan Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində türk dünyasının birliyi haqqında mesaj verib. İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatına (TDT) xüsusi diqqət ayırıb.
Onu da bildirək ki, saytın sosial şəbəkə hesabından da bununla bağlı paylaşım edilib.
🇦🇿 Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, yemin töreninde Türk birliği mesajı verdi: Türk dünyası bizim ailemizdir. Başka ailemiz yoktur! pic.twitter.com/BVrENfOhu1
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) February 15, 2024
.