Son yeniləmə: 16 Fevral 2024 11:14
Prof. Dr. Fuat Erdal : Həqiqətən də TDT bəşəri, mədəni, sosial, strateji, coğrafi və iqtisadi baxımdan böyük gücə çevrilmək potensialına malik bir qurumdur
BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyevin bu fikirləri çox önəmli, əsaslı, məqsədəuyğun və çox aydındır. Mən bu çıxışı türk dünyası üçün olduqca vacib çıxış kimi dəyərləndirirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyənin Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal bildirib.
Azərbaycan Prezidenti İlham Əiyevin fevralın 14-də keçirlən andiçmə mərasimindəki çıxışı zamanı türk dünyası və Türk Dövlətləri Təşkilatı (TDT) haqqında söylədiklərinə münasibət bildirən rektor daha sonra aşağıdakıları qeyd edib: “Həqiqətən də TDT bəşəri, mədəni, sosial, strateji, coğrafi və iqtisadi baxımdan böyük gücə çevrilmək potensialına malik bir qurumdur. O, Avropa Birliyi kimi böyük gücə çevrilə bilər”.
Rektor, həmçinin təhsil sahəsində bu birliyi gücləndirmək üçün nələrin edilə biləcəyinə də toxunub: “Universitetlər olaraq bizlər də bu qurumun təhsil və texnologiya sütunlarını gücləndirməklə həm insan kapitalının formalaşmasına, həm də sənaye inkişafına töhfə verməyə borcluyuq. TÜRKÜNİB-in formalaşmasını sürətlə aktivləşdirərək, tələbə və müəllim mübadiləsi, ortaq təhsil və tədqiqat sahələri, nou-hau və texnologiya transferi ofisləri kimi layihələrin sürətlə həyata keçirilməsi çox faydalı olacaq”.