BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alim, ictimai xadim, Akad. Arif Paşayevin anadan olmasının 90 illiyi münasibəti ilə “Akademik Arif Paşayev – 90” adlı kitab sərgisi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “sərgidə görkəmli akademikin Azərbaycan və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, həmçinin alimin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında dəyərli ədəbiyyatlar nümayiş etdirilir”.
Qeyd edək ki, iki həftə davam edəcək sərgi virtual formada da oxuculara təqdim olunur.