Press "Enter" to skip to content

Vüqar İskəndərov: Həmin gün Xankəndidə yaşananlar xüsusulə qürurverici idi

Vüqar İskəndərov

BAYRAQDAR MEDİA – “Fevralın 7-si müasir müstəqil Azərbyacan tarixinə xüsusilə yazıldı. Çünki həmin gün müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində seçki keçirildi. Bu da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, həmçinin ötən ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri sayəsində mümkün oldu”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, artıq bütün ölkə ərazisində Azərbaycanın dövlət suverenliyi bərpa edilib: “Torpaqlarımız işğaldan azad edilib, orada quruculuq, bərpa işləri aparlır. Həmçinin oranın əbədi sakinləri artıq öz doğma ocaqlarına qayıdırlar. Fevralın 7-də işğaldan azad edimiş ərazilərdə də seçki keçirildi. Cənab Prezidentin fevralın 14-də keçrilən andiçmə mərasimində bəyan etdiyi kimi bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Belə bir tarixə şahidlik etdiyimiz üçün çox xoşbəxtik”.

Deputatın sözlərinə görə, həmin gün Xankəndidə yaşananlar xüsusulə qürurverici idi: “Bildiyiniz kimi həmin gün cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Bu, özündə böyük tarixi məna daşıyır. Çünki cənab Prezident İlham Əliyev Azərbaycanın istənilən yerində səs verə bilərdi. Ancaq fevralın 7-dəki seçkidə dövlət başçısı Xankəndidə səs verdi. Bununla da düşmənlərimizə və onlara arxa-dayaq duran məkrli xarici dairələrə ciddi mesaj ünvanlanmış oldu. Çünki dövlət başçısının da bəyan etdiyi kimi məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyi binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz həmin binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir”.

Qeyd olunub ki, vaxtı ilə Pənahəli xan tərəfindən salınan o məkanı, tarixi Azərbaycan torpağını, Xankəndini otuz il ərzində işğal altında saxlayan şeytanlar məhz həmin binada öz süqutlarını özləri təsdiq ediblər: “Təbii ki, bunu da xoşluqla etməyiblər. Məhz cənab Ali Baş Komandanın qətiyyəti, Azərbyacan ordusunun şücaəti sayəsində onlar bu qərarı verdilər. Ona görə də fevralın 7-də cənab Prezidentin orada verdiyi səs, o qutuya atdığı bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Mission News Theme by Compete Themes.